İdman

Messinin klubu Suarezin dublu ilə qalib gəldi – VİDEO

Sharing is caring!

ABŞ futbol liqasında (MSL) “DC Yunayted” “İnter Mayami”ni qəbul edib.

Oyunda hesabı ev sahibləri açsalar da, qonaqlar üç qol vuraraq meydandan qalib ayrılıblar.

Messinin yoxluğunda Suarezin dublu həlledici olub. 72 və 85-ci dəqiqədə məhz uruqvaylının dəqiq zərbələri komandasına üç xalı təmin edib – 1:3.

Hazırda MLS-də beş oyundan sonra “İnter Mayami” on xalla Şərq Konfransında birinci yerdədir. “DC Yunayted” isə dörd oyundan sonra beş xal toplayaraq yeddinci pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir