İdman

Mahir Emreli “Dinamo”nun avrokubokdakı növbəti matçını da buraxacaq

Sharing is caring!

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti oyunu da buraxacaq.

“Report”un məlumatına görə, 26 yaşlı hücumçu Yunanıstanda PAOK-a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak etməyəcək.

M.Emrelinin adı martın 14-də reallaşacaq görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Zaqrebdəki ilk matçda meydan sahibləri qələbə qazanıblar – 2:0. Yanvarın əvvəlində sıradan çıxan forvard bu yaxınlarda zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir