İdman

Xavini keçmiş həmkarı əvəz edə bilər

Sharing is caring!


“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda BƏƏ-nin “Emireyts” klubunda çıxış edən Andres İnyesta gələcəkdə Kataloniya klubuna rəhbərlik etmək istədiyini deyib.

“Mən “Barsa”ya başçılıq etmək istəyirəmmi? Gələcəkdə, bəli, amma bu hələ çox uzaqdır. Hələ də oynamağa davam edirəm və hətta məşqçilik lisenziyam belə yoxdur. Əvvəlcə onu əldə etməliyəm, sonra baxarıq”, – “AS” nəşri İnyestanın sözlərindən sitat gətirib.

Xatırladaq ki, 39 yaşlı yarımmüdafiəçi 1996-2018-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.

“Barselona”nın hazırkı baş məşqçisi klubun digər keçmiş yarımmüdafiəçisi Xavidir. O, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir