İdman

“Bayer 04” “Qarabağ” azarkeşləri üçün nə qədər bilet ayırıb?

Sharing is caring!


UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada “Bayer 04”ün qonağı olacaq “Qarabağ”a 1800 bilet ayrılıb.

Bu barədə  “Report”a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir