Dünya

Zahidanda xalq etirazları qızışır: Uşaqlar da daxil olmaqla xeyli sayda yaralılar var – FOTO/VİDEO

Sharing is caring!


Zahidan şəhərində dünəndən etibarən davam edən etiraz aksiyalarında dördü uşaq olmaqla azı 23 nəfər yaralanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Paylaşılan videolara əsasən, şəhərdə etirazçıların toplaşdığı yerdə İran hökumətinin repressiv qüvvələrinin dinc sakinlərə atəş açdığı aydın olur.

Qeyd edək ki, bu gün Zahidan şəhərində İranın rejim qüvvələri tərəfindən insanların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümüdür. Bununla əlaqədar dünəndən etibarən etnik bəluclar molla rejiminə qarşı aksiyalar keçiriblər, qəzəblənmiş insanlar təkərlər yandıraraq yolları bağlayıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir