İdman

“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın hücumçusu üçün Almaniyaya gedəcək

Sharing is caring!


Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.

Bildirilib ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer 04” – “Qarabağ” görüşünə tribunadan baxacaq.

O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin iki futbolçusu – Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Borussiya” (Dortmund, Almaniya)- PSV (Niderland) qarşılaşmasını izləyəcək.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Mənbə: Fotospor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir