İdman

Premyer Liqa: “Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur “Qarabağ” – “Zirə” matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqası

XXVI tur

5 fevral

15:30. “Turan Tovuz”– “ArazNaxçıvan

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 “Qarabağ” – “Zirə”

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov Respublika stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir