İdman

“Qarabağ” Qəbələyə getməkdən imtina etdi

Sharing is caring!

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən “Qarabağ” vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə 6 dekabr saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.

“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.

Beləliklə, tərəflərin 6 dekabrdakı görüşü Qəbələdə yox, Bakıdakı “Azersun Arena”da (saat 14:00) keçiriləcək. 6 martdakı oyun isə Qəbələ şəhər stadionunda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir