İdman

Türkiyə klubunda çıxış edən futbolçu Azərbaycan millisinə çağırılıb

Sharing is caring!


Türkiyənin “Boluspor” klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.

Oxu.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi martda “FIFA series – Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.

Qeyd edək ki, turnirin görüşləri Bakıda gerçəkləşəcək. Vüsal İsgəndərli son olaraq 2020-ci ilin sonunda milliyə çağırılıb. O, ilin əvvəlində Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir