İdman

Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI

Sharing is caring!


“Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Oxu.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

50 yaşlı xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir