İdman

İtaliya A seriyası: “Napoli” qonaqları məyus etdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 27-ci turunun “Napoli” və “Yuventus” oyunu başa çatıb. Oyun Neapoldakı Dieqo Armando Maradona stadionunda keçirilib. Matçı Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Neapol klubu ilk hissənin sonunda hesabı açıb. 43-cü dəqiqədə Xviça Kvaratsxeliya meydan sahiblərini hesabda irəli çıxarıb. Qonaqlar 81-ci dəqiqədə tabloda tarazlığı bərpa ediblər. Turinlilərin heyətində Federiko Kyeza fərqlənib.

88-ci dəqiqədə Viktor Osimhen penaltini yerinə yetirmək imkanı əldə edib. Meydan sahiblərinin hücumçusu qol vurmasa da, Cakomo Raspadori qələbə qolunu vurmağa nail olub.

İtaliya çempionatının 27 turundan sonra “Yuventus” 57 xal toplayıb və lider “İnter”dən 12 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Napoli” 43 xal toplayıb – A Seriyasının turnir cədvəlində yeddincidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir