İdman

Lebron Ceymsdən tarixi NBA rekordu

Sharing is caring!


“Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms Denver klubu ilə qarşılaşmada 26 xal toplayıb.

O, bütün karyerası ərzində 40 min xal həddini keçib. Milli Basketbol Assosiasiyasının (NBA) tarixində indiyədək heç kim buna nail ola bilməyib.

39 yaşlı Lebron Ceyms bir il öncə Kərim Əbdül-Cabbarı geridə qoyaraq NBA-nın karyera xalları üzrə lideri olub. Sonuncunun 38 387 xalı var.

Ceyms 2008-ci ilin fevralında 10 min, 2013-cü ilin yanvarında 20 min, 2018-ci ilin yanvarında 30 min xal həddini keçib.

Lakin Ceymsin rekorduna baxmayaraq, Los Anceles ev oyununda Denverə 114:124 hesabı ilə uduzub. Ən məhsuldar oyunçu isə serb Nikola Yokiç (Denver, 36 xal) olub.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir