İdman

“Çelsi”dən heç-heçə, “Liverpul” və “Tottenhem”dən qələbə – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına start verilib.

Lider “Liverpul” “Nottingem”in qonağı olub. Oyunda hesab 90+9-cu dəqiqədə açılıb. Nunyes mersisaydlıların qələbə qolunu vurub – 0:1.

“Tottenhem” doğma meydanda “Kristal Pelas”ı qəbul edib. Ev sahibləri ilk qolu buraxan tərəf olsalar da, sonradan üç top vuraraq oyundan qalib ayrılmağı bacarıblar – 3:1.

“Çelsi” isə səfərdə “Brentford”un ciddi müqavimətilə üzləşib. Tərəflər hərəyə iki qol vuraraq meydandan sülhlə ayrılıblar – 2:2.

Bu nəticələrdən sonra turnir cədvəlinə 63 xalla “Liverpul” başçılıq edir. “Tottenhem” 50 xalla 5-ci, “Çelsi” isə 36 xalla 11-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir