İdman

UEFA “Qarabağ”ın futbolçusu və məşqçisini cəzalandırdı

Sharing is caring!


Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovun cəzaları bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, UEFA İntizam Komitəsi həm futbolçuya, həm də məşqçiyə biroyunluq cəza verib.

Onların hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu, həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da biroyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” (Leverkuzen) görüşü martın 7-də saat 21:45-də başlayacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir