İdman

Ronaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunda “Ən-Nəsr” “Əl-Həzm”i qəbul edib.

Ər-Riyaddakı “Əl Avval Park”da 8 qol vurulsa da qalib müəyyənləşməyib – 4:4.

“Ən-Nəsr”in yarımmüdafiəçisi Taliska het-trikə imza atıb. Daha bir qolu isə Sadio Mane penaltini dəqiq yerinə yetirərək vurub.

Lakin qonaqlar oyun ərzində bu qolların əvəzini çıxmağı bacarıblar. Sonuncu qolu 90+10-cu dəqiqədə “Əl-Həzm”in müdafiəçisi Paulo vurub və komandasını məğlubiyyətdən xilas edib.

Hazırda “Ən-Nəsr” 53 xalla 2-ci yerdə qərarlaşıb. Onun rəqibi isə 15 xalla 17-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir