İdman

Premyer Liqa: “Qarabağ”dan darmadağın – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXIII turundan təxirə salınan oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Qəbələ” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0. Qonaqların heyətində 47-ci dəqiqədə Adama Diakabi, 59-cu dəqiqədə penaltidən Riçard Almeyda, 65-ci dəqiqədə Nəriman Axundzadə, 80-ci dəqiqədə Marko Yankoviç fərqləniblər.

Meydan sahiblərində Feras Abu Akal 52-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra lider “Qarabağ” xallarının sayını 57-yə çatdırıb. Sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir