İdman

Erlinq Holand 54 ildən sonra “Mançester Yunayted”in əfsanəsinin rekordunu təkrarladı

Sharing is caring!


İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand “Mançester Yunayted”in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında “Luton Taun”a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.

Qeyd edək ki, qarşılaşma “şəhərlilər”in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holand 2022-ci ildə 60 milyon avroya Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Mançester Siti”yə keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir