İdman

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi, xal fərqi 18-ə yüksəldi – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Lider “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Hesabı fasilədən dərhal sonra meydan sahibləri açıblar. 52-ci dəqiqədə Ağdam təmsilçisinin sürətli əks-hücumunu Adama Diakabi qarşısıalınmaz zərbə ilə tamamlayıb. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Yassin Benzia qoyub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0), “Zirə” “Araz-Naxçıvan”ı (3:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir