Dünya

Rusiyalı silah alverçisini ikiqat olimpiya çempionuna dəyişmək təklif olundu

Sharing is caring!

ABŞ-da qanunsuz silah alveri ittihamı ilə məhkum edilmiş rusiyalı Viktor But Moskvada narkotik alverinə görə saxlanılan amerikalı basketbolçu Brittni Qrinerlə dəyişdirilə bilər.

Bu barədə təklif Rusiya tərəfdən səsləndirilib.

Viktor But 2008-ci ildə Tailandda həbs edilmiş və daha sonra ABŞ-a ekstradisiya edilmişdi. Məhkəmə rusiyalını ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARK) silah satmaqda təqsirli bilib. But ittihamları rədd etsə də, 25 il müddətinə azadlıqdan məhrum edilib.

Brittni Qriner 2022-ci ilin fevralında Şeremetyevo hava limanında xaş-xaş yağlı elektron siqaret apardığına görə saxlanılıb. O, iki dəfə Olimpiya çempionu olub və Yekaterinburqun UQMK klubunda oynayıb. Rusiyada onu narkotik saxlama və qaçaqmalçılıq ittihamı ilə 10 ilə qədər həbs gözləyir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir