İdman

“Arsenal” Premyer Liqa tarixində ilkə imza atdı

Sharing is caring!


Mikel Artetanın rəhbərlik etdiyi London “Arsenal”ı İngiltərə Premyer Liqasının 26-cı turu matçında “Nyukasl”ı hər hissədə vurduğu iki qol sayəsində darmadağın edib (4:1).

Məlumata görə, “topçular” Premyer Liqa tarixində ardıcıl yeddi hissədə iki və daha çox qol vuran ilk komanda olub.

Bu qol seriyası fevralın əvvəlində baş tutan “Liverpul”la (3:1) görüşün ikinci hissəsində başlayıb, daha sonra “Vest Hem Yunayted” (6:0) və “Börnli” (5:0) ilə oyunlarda davam edib.

Hazırda İngiltərə Premyer Liqasında keçirilən 26 matçdan sonra “Arsenal” 58 xalla üçüncü pillədə qərarlaşıb. Turnirin növbəti oyununda komanda “Şeffild Yunayted”lə qarşılaşacaq.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir