İdman

“Bayer 04”ün baş direktoru: “Qarabağ”ı ciddi rəqib kimi qəbul etməliyik

Sharing is caring!


Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq.

Bunu “Bayer 04” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a rəqib olmaları barədə danışarkən deyib.

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb: “Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. “Qarabağ”la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var”.

Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Mənbə “Bild”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir