İdman

“Braqa”nın baş məşqçisi: “Səhvlərimiz cütün taleyini həll etdi”

Sharing is caring!


“Səhvlərimiz cütün taleyini həll etdi”.

“Report”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub halda gəlmişdik. Mərhələ adlamaq üçün qalib gəlməli idik. Qələbə qazansaq da, bu, mərhələ adlamağa yetərli olmadı. 90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi. Amma bəzi səhvlərə yol verdik. Belə səviyyəli yarışlarda bunları etməməlisən”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir