İdman

Azərbaycan millisinin hücumçusu məşqlərə başlayıb

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb.

Oxu.Az xəbər verir ki, Xorvatiyanın “Dinamo” klubunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir