İdman

Çempionlar Liqası: “Arsenal” son anda “Porto”ya uduzdu, “Barselona” “Napoli” ilə sülhə razılaşdı – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün son iki görüş keçirilib.

Qarşılaşmalar Portuqaliya və İtaliyada baş tutub.

“Portu” doğma meydanda “Arsenal”ı qəbul edib. Oyunda hesab əlavə olunmuş dəqiqələrdə açılıb. Qalenonun 90+4-cü dəqiqədəki yeganə qolu ev sahiblərinin qələbəsini təmin edib – 1:0.

Digər görüşdə “Barselona” İtaliyada “Napoli”nin qonağı olub. Hesabı 60-cı dəqiqədə katalon klubu açıb. Levandovski qapını dəqiq nişan alıb. Ev sahibləri 76-cı dəqiqədə cavab qolunu vurublar. Osimhen hesabı bərabərləşdirib. Matç elə bu hesabla da bitib – 1:1.

Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 12-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir