İdman

Çempionlar Liqası: “Arsenal” və “Barselona” bu gün səfər oyununa çıxacaqlar – AFİŞA

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün son iki görüş keçiriləcək.

“Report”un məlumatına görə, qarşılaşmalar Portuqaliya və İtaliyada baş tutacaq.

“Portu” doğma meydanda “Arsenal”ı qəbul edəcək. “Barselona” isə İtaliyada “Napoli”nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

21 fevral

00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Sərdar Gözübüyük (Niderland).

Portu, “Draqau” stadionu.

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Feliks Zvayer (Almaniya).

Neapol, “Dieqo Maradona” stadionu.

Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 12-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir