İdman

Əliyar Ağayevin avrokubok oyunundakı idarəçiliyinə fransalı hakim-inspektor qiymət verəcək

Sharing is caring!


Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) oyununun digər təyinatları müəyyənləşib.

“Report”un məlumatına görə, cavab qarşılaşmasının VAR hakimi Türkiyədən Alper Ulusoydur.

Onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Matçın hakim-inspektoru funksiyasını isə Fredi Fautrel (Fransa) yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir