İdman

Azərbaycanlı Avropa çempionu: “Hamımız bu gün bir yumruq idik”

Sharing is caring!


“Sevincimizin həddi-hüdudu yoxdur. Hamımız bu gün bir yumruq idik. Əsas odur ki, qalibiyyət əldə etdik. Bu, tək mənim yox, bütün federasiyamızın, xalqımızın sevinci və zərəfəridir”.

Bunu “Report”a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

109 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın ağır keçdiyini bildirib:

“Üç-dörd rəqibimlə başa-baş mübarizə apardıq. Turnirə hazırlığım da qısa vaxtda gerçəkləşib. Təlim-məşq toplanışında iştirak etmişdim. Lakin zədəyə görə geri döndüm. Şükürlər olsun ki, hər şey yaxşı oldu. Rəqiblərim çox güclü idi. Biz bu mübarizədə qalib gəldik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir