İdman

VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində ilk qızıl medal qazanılıb

Sharing is caring!


Rumıniyada onlayn formatda 13 ölkədən 135 şagirdin iştirak etdiyi VIII “InfO(1)Cup” proqramlaşdırma olimpiadasında məktəblilərimiz uğurla çıxış edərək bir qızıl və bir bürünc medal qazanıblar.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb.

İlk dəfədir ki, məktəblilərimiz sözügedən yarışda qızıl medal qazanırlar.

Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir