İdman

Almaniya Bundesliqası: “Bavariya” yenə uduzdu – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasının 22-ci turunda “Bohum” və “Bavariya” qarşılaşıblar. Komandalar Bohumdakı “Vonoviya Ruhrstadion”da güclərini sınayıblar. Görüşün baş hakimi kimi Daniel Şlager çıxış edib.

“Bavariya” 14-cü dəqiqədə hesabda önə keçib. Qolu yarımmüdafiəçi Camal Musiala vurub. Lakin fasiləyə qədər meydan sahibləri Takuma Asano və Keven Şlotterbekin səyi ilə iki dəfə fərqlənə biliblər.

Görüşün ikinci hissəsində komandalar yenə qol mübadiləsi ediblər – Harri Keynin “Bohum”un futbolçusu Kevin Stogerin penaltidən vurduğu qoluna dəqiq zərbə ilə cavab verməsi yetərsiz olub. Beləliklə, “Bohum” qələbə qazanmağı bacarıb – 3:2.

Bununla da, “Bavariya” ardıcıl üçüncü məğlubiyyətini almış olub. Buna qədər münhenlilər Çempionlar Liqasında “Latsio”ya (0:1), daha əvvəl isə Bundesliqada lider “Bayer”ə (0:3) uduzmuşdular.

Qeyd edək ki, bu mövsüm komandalar daha əvvəl 5-ci tur matçında üz-üzə gəliblər. Həmin oyunda münhenlilər “Bohum”u 7:0 hesabı ilə məğlub etmişdilər.

Almaniya Bundesliqasının 21 turundan sonra “Bavariya” 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. “Bohum” 25 xalla 11-ci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir