İdman

Avropa çempionatında üç medal qazanan qadın güləşçilərimiz Vətənə qayıdıblar – FOTO

Sharing is caring!


Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan Azərbaycanın qadın güləşçiləri Vətənə qayıdıblar.

Oxu.Az xəbər verir ki, 83 xalla komanda hesabında dördüncü yeri tutan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına görə Avropa çempionatlarında son səkkiz ilin, xallara görə son altı ilin, komanda sıralamasına görə isə son beş ilin ən yaxşı nəticəsinə imza atıb.

Komandamız 10 çəkidən yalnız beşində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürün mükafat qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir