İdman

Premyer Liqa: “Səbail”lə “Araz-Naxçıvan” qollu bərabərə qalıblar – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Səbail”lə “Araz-Naxçıvan” birincilərin meydançasında üz-üzə gəliblər.

Buna qədər eyni xala malik komandaların duelində qollu bərabərlik qeydə alınıb – 2:2.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. “Səbail”in ən məhsuldar futbolçusu Aleksandr Ramalinqom fərqlənib. Lakin fasiləyə qədər “Araz-Naxçıvan” nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Çempionatın ən məhsuldar yerli futbolçusu Orxan Əliyev qısa müddət ərzində dubla imza atıb. O, 31 və 35-ci dəqiqələrdə meydan sahiblərini cəzalandırıb.

61-ci dəqiqədə dubl etmək növbəsi Ramalinqoma çatıb. Bu, həm də qarşılaşmanın ümumi nəticəsini müəyyənləşdirib. Bərabərliyin ardından hər iki komanda hesabındakı xal sayını 31-ə yüksəldib.

Günün ilk görüşündə “Sabah” doğma arenasında “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir