İdman

Avropa çempionatı: Bu gün beş güləşçimiz mübarizəyə qoşulacaq, üçü medal görüşünə çıxacaq

Sharing is caring!


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün daha beş sərbəst güləşçimiz mübarizəyə qoşulacaq, üçü isə medal görüşünə çıxacaq.

Nurəddin Novruzov və Arseni Cioyev təsnifatdan, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaqlar.

Ötən gün finala yüksələn Maqomedxan Maqomedov (97 kq) da qitə çempionu olmağa çalışacaq. Onun finaldakı rəqibi Givi Matçaraşvili (Gürcüstan) olacaq. İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.

Güləşçilərin ilk rəqibləri:

Nurəddin Novruzov (61 kq) – Vladimir Yeqorov (Şimali Makedoniya): təsnifat

Turan Bayramov (74 kq) – Zəlimxan Hacıyev (Fransa): 1/8 final

Arseni Cioyev (86 kq) – Mettyu Finesilver (İsrail): təsnifat

Osman Nurmaqomedov (92 kq) – Maqomed Kurbanov (AİN): 1/8 final

Georgi Meşvildişvili (125 kq) – Lyova Gevorqyan (Ermənistan): 1/8 final

Medal görüşləri:

Maqomedxan Maqomedov (97 kq) – Givi Matçaraşvili (Gürcüstan): final

İslam Bazarqanov (57) – Kamil Kərimov (Ukrayna): 3-cü yer uğrunda

Rəhimzadə (65 kq) – təsəlliverici görüşün qalibi: 3-cü yer uğrunda

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə doqquz medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvi Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutublar.

Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir