İdman

“Qarabağ” futbolçusuna, “Neftçi” azarkeşlərə görə cərimələnib

Sharing is caring!


AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna təcrübəli yarımmüdafiəçinin “Sabah”a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Köhlən atlar” bunun üçün 1500 manat cərimələnib.

“Neftçi” “Sumqayıt”la heç-heçə etdikləri cavab oyununa görə 2200 manat ziyana düşüb. “Ağ-qaralar” azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək. “Gənclik şəhəri” təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.

Eyni cərimə “Araz-Naxçıvan”a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü “Qəbələ” ilə görüşdə sarı vərəqə görüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir