İdman

“Formula-1”in üçqat çempionu barədə sənədli film çəkilib

Sharing is caring!


“Viaplay” yayım platforması “Formula-1” üzrə üçqat dünya çempionu Maks Ferstappen haqqında yeni sənədli film nümayiş etdirəcək.

Qeyd olunub ki, sənədli filmin premyerası yeni “Red Bull” bolidinin təqdimatı günü, fevralın 15-də baş tutacaq.

 “Off the Beaten Track” (“Trekdən kənarda”) adlandırılan ekran işində Maks Ferstappenin idmandan kənar hobbilərindən bəhs edilir. Sənədli film hər biri 30 dəqiqə sürən üç seriyadan ibarətdir.

Qeyd edək ki, “Red Bull” komandasının üzvü niderlandlı Maks Ferstappen 2021, 2022 və 2023-cü illərdə “Formula-1” çempionatının qalibidir.

Mənbə: GPFans

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir