Dünya

Slovakiya Ukraynaya 30 döyüş maşını göndərdi

Sharing is caring!

Slovakiya Ukraynaya 30 piyada döyüş maşını təhvil verib.

Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

“Almaniya ilə müqavilə çərçivəsində Slovakiyaya məxsus 30 piyada döyüş maşınının Ukraynaya təhvil verildiyini təsdiqləməkdən məmnunam. Gözəl əməkdaşlığa görə Kristina Lambrextə (Almaniya Müdafiə Naziri) təşəkkür edirəm”, – o, “Twitter” hesabında yazıb.

Slovakiya nazirinin qeyd etdiyi Almaniyanın himayəsi ilə həyata keçirilən saziş Slovakiyaya Qərb texnikasının tədarükü müqabilində Ukraynaya Sovet istehsalı olan hərbi texnikanın verilməsini nəzərdə tutur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir