İdman

29 görüşdə 20 qol: Bellinqhem “Real Madrid”də rekord qırdı

Sharing is caring!


“Real Madird”in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib. Görüş zamanı britaniyalı yarımmüdafiəçi iki qola imza atıb.

Beləliklə də, Bellinqhem Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bununla da o, əvvəllər “Real Madrid”də oynamış beş görkəmli futbolçunun qol sayını ötüb: David Bekhem (13) , Maykl Ouen (13), Aryen Robben (11), Uesli Sneyder (11) və Mikael Laudrup (12).

Qeyd edək ki, Bellinqhem bu mövsüm komandanın bombardiridir. Cud 21-ci əsrdə bir La Liqa mövsümündə 15 qol həddinə çatan yeganə “Real Madrid” yarımmüdafiəçisidir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir