İdman

Bundesliqa: “Borussiya” rəqibinə aman vermədi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionatın iddialı komandalarından olan Dortmund “Borussiya”sı doğma meydanda “Frayburq”la üz-üzə gəlib.

16-cı dəqiqədə Malen hesabı açaraq ev sahiblərini önə çıxarıb. 45+7-ci dəqiqədə o, dublunu rəsmiləşdirib. 87-ci dəqiqədə isə Füllkruq fərqi üç topa çatdıraraq qarşılaşmada son nəticəni müəyyənləşdirib – 3:0.

Hazırda Dortmund klubu 40 xalla turnir cədvəlində 4-cüdür. “Frayburq” isə 28 xalla 7-ci pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir