İdman

Azərbaycan Basketbol Liqası: “Xəzri” vahid lider olub – FOTO

Sharing is caring!


“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun növbəti oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan “Xəzri” qələbəsi olmayan “Şəki” klubu ilə qarşılaşıb.

Paytaxt təmsilçisi rəqibini 94:85 hesabı ilə məğlub edib. Bu qələbə ilə “Xəzri” (26 xal) turnir cədvəlində “Sabah”ı (25 xal) geridə qoyaraq vahid lider olub.

Ən məhsuldar basketbolçular “Xəzri”dən Yusuf Mohamed (23 xal, 6 ribaund), “Şəki”dən Pol Dibal (23 xal, 6 ribaund) olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir