İdman

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Linqard “Seul”la müqavilə imzaladı – FOTO

Sharing is caring!


“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard Cənubi Koreyanın “Seul” klubu ilə müqavilə imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə dünən o, transferdən əvvəl tibbi müayinədən keçib və artıq bütün sənədlər imzalanıb.

Qeyd edək ki, Linqard ötən mövsüm “Nottingem Forest”də çıxış edib. 2022/2023 mövsümündə yarımmüdafiəçi 20 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Bundan sonra o, azad agent kimi komandadan ayrılıb.

2022/2023 mövsümündə “Seul” Cənubi Koreya çempionatında 47 xalla yeddinci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir