İdman

Xavinin “Barselona” sonrası planları bəlli oldu

Sharing is caring!


“Barselona”nın baş məşqçisi Xavi yayda klubdan ayrıldıqdan sonra məzuniyyətə çıxacaq. 

O, 1998-ci ildə peşəkar futbolda debüt etdiyi vaxtdan bəri fasiləsiz bu sahədə çalışır. 2019-cu ildə Xavi futbolçu karyerasını başa vurub və dərhal da “Əl-Sədd”ə rəhbərlik etməyə başlayıb. Oradan isə 2021-ci ildə “Barselona”nın sükanı arxasına keçib.  

Bu səbəbdən indi mütəxəssis istirahət etmək və ailəsi ilə vaxt keçirmək istəyir, 

Futbola qayıtdıqdan sonra isə Xavi İngiltərə Premyer Liqası klubunun məşqçisi olmaq arzusundadır, Lakin A Seriyası və Bundesliqada işləmək variantlarını da istisna etmir. Mütəxəssisin məzuniyyəti təxminən bir il davam edəcək, lakin müddət təkliflərdən asılı olacaq. 

Mənbə: championat.com 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir