İdman

Taylandda saxta Xabi Alonso peyda olub

Sharing is caring!


Tayland polisi azarkeşlərdən özlərini “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso kimi təqdim edən onlayn fırıldaqçılara pul köçürməməyi xahiş edib. 

Yerli hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, ispan məşqçinin sosial şəbəkədə təsdiqlənmiş hesabında azarkeşlərdən Liverpula təyyarə biletlərinin ödənilməsi üçün 8500 dollar istənilir. 

“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra komandanın başına Alonsonun keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.  

Taylanddakı fırıldaqçılar isə Alonsonu Kloppun varisi kimi görmək istəyən azarkeşləri aldatmağa çalışırlar. 

Mənbə: sport24.ru 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir