İdman

“Qarabağ” qələbə qazandı

Sharing is caring!


Bu gün Premyer Liqada 21-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. 5-ci pillədəki “Səbail” evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən “Qarabağ”la qarşılaşıb. Qolların 3-ü də penaltidən vurulub. Görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qolları Toral Bayramov, 14-pen. (0:1), Yassin Benzia, 59-pen. (0:2), Pedro Nuno, 68-pen. (1:2) vurublar.

Maksim Medvedev 66-cı dəqiqədə qırmızı vərəqə alıb. 

Günün digər görüşündə 7-ci yerdəki “Sabah” 8-ci pillədəki “Turan Tovuz”u qəbul edəcək. Bu matç isə saat 17:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir