İdman

Qalatasaray səfərdə Samsunspora qalib gələrək, Super Liqada liderliyi ələ keçirib – VİDEO

Sharing is caring!


Trendyol Super Liqasının 24-cü turunda “Samsunspor” “Qalatasaray”la qarşılaşıb.

Oxu.az xəbər verir ki, qarşılaşma Samsun yeni “19 Mayıs” stadionunda oynanılıb. Tuqay Kaan Numanoğlu matçda fit çalıb. “Qalatasaray” səfərdə “Samsunspor”u 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

Sarı-qırmızılılara qələbə qazandıran qolları beşinci dəqiqədə Viktor Nelsson, 11-ci dəqiqədə isə Barış Alper Yılmaz vurub.

Bu nəticədən sonra xallarını 63-ə yüksəldən “Qalatasaray” Super Liqada liderliyi ələ keçirib. Markus Qisdolun məşqçilik etdiyi “Samsunspor” isə 26 xalda qalıb.

Qeyd edək ki, “Qalatasaray” Super Liqada gələn həftə “Başakşehir”i qəbul edəcək.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir