İdman

“Qırmızı”dan bol “Qəbələ”

Sharing is caring!


“Qəbələ” Azərbaycan Premyer Liqasında mövsümün ən intizamsız komandasıdır.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” cari futbol ilində çempionatda beş görüşü azlıqda tamamlayıblar. Bölgə təmsilçisi bunlardan dördündə 10, birində isə 9 nəfərlə qalıb. “Qəbələ” APL-də oyunçuları ən çox qırmızı vərəqə alan komandadır.

“Qırmızı” sayında ikinci sırada “Sabah” yer alır. Murad Musayevin rəhbərlik etdiyi kollektiv dörd matçda meydanda 10 nəfərlə qalıb. Üç və dördüncü sıranı isə iki “qırmızı” ilə “Neftçi” və “Araz-Naxçıvan” tutub.

Premyer Liqada yalnız üç komanda bu mövsüm “qırmızı” görməyib. Bunlar “Kəpəz”, “Sumqayıt” və “Səbail”dir.

Premyer Liqada bu mövsüm ən çox qırmızı vərəqə alan komandalar:

“Qəbələ” – 5;
“Sabah” – 3;
“Neftçi” – 2;
“Araz-Naxçıvan” – 2;
“Turan Tovuz” – 1;
“Qarabağ” – 1;
“Zirə” – 1;
“Kəpəz” – 0;
“Sumqayıt” – 0;
“Səbail” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir