“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
“Ağ-qaralar” Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında “Sumqayıt”a qalib gəliblər – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
Xeberal.az