MARAQLI

Londonda kimyəvi hücum: Uşaqlar da daxil olmaqla 10-a yaxın insan xəstəxanalıq oldu – FOTO

Sharing is caring!


Britaniya paytaxtının cənubundakı Klapem bölgəsində naməlum şəxsin yoldan keçənlərə aşındırıcı maddə püskürməsi nəticəsində doqquz nəfər xəsarət alıb.

Yaralılar arasında bir qadın və iki uşaq var, həmçinin üç polis xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. Cinayətkarın axtarışları davam edir.

London Assambleyasında Leyboristlər Partiyasını təmsil edən siyasətçi Marina Əhməd özünün “X” səhifəsində cinayəti törədən şəxsin insanların üzərinə atdığı kimyəvi maddənin sulfat turşusu olduğunu yazıb.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir