İdman

Azərbaycan Kubokunun 1/4 finalında rekord qeydə alınıb

Sharing is caring!


Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında 18 qol vurulub.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu raundun 4 matçındakı qol sayında yarış tarixinin yeni rekordu qeydə alınıb.

Bunadək rekord 17 qolun vurulduğu 2006/07 mövsümünə məxsus idi. Həmin vaxt 1/4 finalın ilk görüşləri məhsuldar alınıb.

Qeyd edək ki, bu dəfə 1/4 final oyunlarında “Qarabağ” “Sabah”ı 7:1, “Neftçi” “Sumqayıt”ı 3:2, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” “Qəbələ” ilə heç-heçəyə imza atıb – 1:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir