İdman

Azərbaycan Kuboku: “Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlib – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, günün ikinci oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 3:2. “Ağ-qaralar”ın qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 44 (pen) və 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.

“Gənclik şəhəri” təmsilçisində 60-cı dəqiqədə Elvin Bədəlov, 89-cu dəqiqədə Kasimir Ninqa fərqlənib.

Qeyd edək ki, günün ilk görüşündə turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1. Ötən gün keçirilən oyunlarda “Zirə” səfərdə “Səbail”i 2:1, “Qarabağ” isə “Sabah”ı 7:1 hesabı ilə məğlub edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir