İdman

İngiltərə kuboku: “Mançester Siti” “Tottenhem”i bir qolla keçdi, “Çelsi” təkrar oyun gözləyir

Sharing is caring!


İngiltərə kubokunun 1/16 final mərhələsinin “Tottenhem” – “Mançester Siti” matçı başa çatıb.

Komandalar Londonda  “Tottenhem Hotspur” stadionunda qarşılaşıblar.

Matç “Mançester Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Qələbə qolunu 88-ci dəqiqədə künc zərbəsindən sonra fərqlənən qonaqların müdafiəçisi Natan Ake vurub. 

“Mançester Siti” bu qələbə ilə növbəti mərhələyə adlayıb.  

“Çelsi” isə “Aston Villa”ya öz meydanında qalib gələ bilməyib. Matçda qol vurulmayıb –  0:0.

Turnirin qaydalarına görə, komandalar yenidən oynamalı olacaqlar. Oyunun tarixi hələlik məlum deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir