İdman

Ançelotti Arda Güleri otağına çağırıb tapşırıq verdi: “Hazır ol!”

Sharing is caring!


“Real Madrid”in La Liqada son matçında heyətə düşməməsinə sərt reaksiya verən və buna görə gündəm olan Arda Güler şənbə günü “Las Palmas”la keçiriləcək oyunöncəsi ​Karlo Ançelottinin otağına çağırılıb.

Bu barədə “Defensa Central” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, Valdebabas məşq bazasındakı otaqda keçirilən görüşdə uzun söhbət zamanı Ançelotti Gülerə bu dəfə 30 dəqiqə vaxt verməyi planlaşdırdığını açıqlayıb.

“Bilirəm ki, sənə həmişə eyni şeyi dediyimi düşünəcəksən. Amma vəziyyət belədir. Bu şənbə oynayacaqsan”, – deyə “Real Madrid”in baş məşqçisi vəd verib.

Məlumata görə, Arda Güler ​​bu görüşdən məmnun ayrılıb.

Xatırladaq ki, heyətdə yer aldığı son üç qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler “Almeria” ilə qarşılaşmada isinmə jiletini qəzəblə yerə atıb. Sonradan mediada yayılan xəbərdə Ançelottinin Arda Güleri “Real Sosyedad”a icarəyə vermək fikrində olduğu barədə xəbər yayılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir